İngiltərə Premyer Liqasının III turunda “Kristal Pelas”la keçirilən oyun “Çelsi”nin futbolçusu Koul Palmer üçün əlamətdar olub. Matc.az xəbər verir ki, londonlular doğma arenada xal itirsə də (1:1) Palmer yeni rekorda imza atıb.

22 yaşlı yarımmüdafiəçi ilk hissədə komandasının vurduğu qolun assistini etməklə bunu reallaşdırıb. Belə ki, ötən ilin sentyabrından “Çelsi”nin formasını geyinən İngiltərə millisinin üzvü “böyük beşlik” ölkələrindəki debütünün ilk ilində 15 məhsuldar ötürmə ilə hamını qabaqlayıb.

Qeyd edək ki, “Çelsi” ilk 3 turda Premyer Liqada 4 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest