“Bavariya”nın hücumçusu Tomas Müller Bundesliqanın II turunda “Frayburq”la oyunda iştirak edib. Matc.az xəbər verir ki, 59-cu dəqiqədə meydana daxil olan 34 yaşlı ön xətt oyunçusu 78-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyub – 2:0.

Bu, Müllerin bütün turnirlərdə Münhen klubunun heyətində 710-cu matçı olub. Ulduz futbolçu bu göstəricidə sabiq qapıçı Sepp Mayeri (709) geridə qoyaraq, “Bavariya”nın heyətində ən çox oyun keçirən futbolçu rekordunu qırıb.

Qeyd edək ki, Tomas Müller 2007-ci ildə “Bavariya”da debüt edib. Onun aktivində 244 qol, 269 məhsuldar ötürmə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest