İngiltərənin "Mançester Yunayted" klubu yarımmüdafiəçi Manuel Uqartenin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylıaşıb.

Mançester təmsilçisi Uruqvay millisinin üzvü ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu son olaraq Fransanın PSJ klubunun şərəfini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest