"Roma"nın 34 yaşlı mərkəz müdafiəçisi Kris Smollinq tezliklə Səudiyyə Ərəbistanı klubu "Əl-Feyh"yə keçəcək.

Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Fabrisio Romano məlumat verib.

Bildirilir ki, ingilis futbolçu ilə müqavilə 2026-cı ilə qədər bağlanacaq. Sabah, sentyabrın 2-də Smollinq tibbi müayinədən keçəcək.

Qeyd edək ki, müdafiəçi 2019-cu ildən "Roma"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 155 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 2,5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest