09 İyul 2024, 18:14
FUTBOL
İtaliyanın “Yuventus” klubunun hücumçusu Moyze Kin karyerasını digər A Seriyası təmsilçisi “Fiorentina”da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Florensiya klubunun mətbuat xidməti məlumat yayıb.
Turin təmsilçisi 24 yaşlı futbolçunun satışından 13 milyon avro gəlir əldə edəcək. Daha 5 milyon avro isə kluba bonus şəklində ödəniləcək.
Kin ötən mövsüm “Yuventus”un heyətində İtaliya çempionatı və ölkə kubokunda 20 oyun keçirib.
Qeyd edək ki, “Fiorentina” 2023/2024 mövsümündə A Seriyasında 37 matçda 54 xal toplayıb və 8-ci yeri tutub.