Yeni mövsümün hazırlığını davam etdirən "Səbail" heyətinə daha bir yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı oyunçu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, son olaraq Bolqarıstan təmsilçisi “Etır”da çıxış etmiş Qorka Laruçça ilə müqavilə imzalanıb. Razılaşmaya əsasən, Laruçça qarşıdakı 1 ili “Səbail”də keçirəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçunun mövqeyi dayaq yarımmüdafiəçidi. O, “Səbail”də 8 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest