09 İyul 2024, 17:32
FUTBOL
Yeni mövsümə hazırlaşan "Qalatasaray" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “cim-bom”un aparıcı oyunçularından olan Kaan Ayhan komandanın təlim-məşq toplanışında iştirak etməyəcək.
Türkiyə millisinin də formasını geyinən Kaan yaxın günlərdə əməliyyat ediləcək. 29 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdi ki, Ayhan noyabr ayında yaşıl meydanlara geri dönəcək.
Qeyd edək ki, Kaan Ayhan "Qalatasaray"a 2023-cü ilin əvvəlində "Sassuolo"dan keçib.