Uels millisinin yeni baş məşqçisi açıqlanıb. Matc.az xəbər verir ki, yığmanın “sükanı arxası”na Kreyq Bellami gətirilib.

Bu barədə məlumat Uels Futbol Assosiasiyası tərəfindən yayılıb.

Bellami ilə 4 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, o, 2028-ci ilin yayına qədər Uels millisini çalışdıracaq. 48 yaşlı mütəxəssis bu postda Rob Peyci əvəzləyib.

Qeyd edək ki, Kreyq Bellami vaxtilə futbolçu kimi Uels yığmasının uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest