09 İyul 2024, 01:22
FUTBOL
Paraqvay yığmasının baş məşqçi Daniel Qarnero istefaya göndərilib.
Matc.az xəbər verir ki, bu qərar Amerika Kubokunda uğursuz çıxışdan sonra verilib.
Paraqvay turnirdə keçirdiyi hər 3 oyunda məğlub olaraq qrupda sonuncu yeri tutub. Ötən ilin sentyabrından millidə çalışan argentinalı mütəxəssis 10 oyunda komandaya rəhbərlik edib.
Paraqvay yığması DÇ-2026-nın seçmə mərhələsində Cənubi Amerika zonasında 6 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Paraqvay millisi Qarneronun rəhbərliyi ilə keçirdiyi 10 matçda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 6 dəfə məğlubiyyətlə üzləşib.