U-21 Azərbaycan millisinin üzvü Nazim Həsənzadə karyerasını Bakı klubunda davam etdirəcək.

Növbəti mövsümdən Azərbaycan I Liqasında çıxış edəcək “Baku Sportinq” heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, U-21 Azərbaycan millisinin üzvü Nazim Həsənzadə karyerasını Bakı klubunda davam etdirəcək. 22 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu “Zirə” olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest