Rüfət Əhmədov və Latir Falın müqaviləsi başa çatıb və hər iki futbolçu “Kəpəz”i tərk edib.

“Kəpəz”də növbəti ayrılıqlar yaşanıb. Matc.az xəbər verir ki, Gəncə klubu ilə müqaviləsinin müddəti başa çatan 2 futbolçu komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi Rüfət Əhmədov və seneqallı yarımmüdafiəçi Latir Falın müqaviləsi başa çatıb və hər iki futbolçu “Kəpəz”dən ayrılıb.

Qeyd edək ki, bunadək Elçin Əlicanov, Vüsal Məsimov, Martins Junior,  Mate Kvirkviya, Adama Niane, Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvili də "Kəpəz"lə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest