Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos peşəkar karyerasında son oyununu keçirib. Çempionat başlamazdan əvvəl o, bunun onun son turniri olduğunu açılamıqşdı.

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos peşəkar futbol karyerasında son oyununu keçirib.

Matc.az xəbər verir ki, Ştutqartda İspaniya və Almaniya milli komandaları arasında 2024-cü il Avropa çempionatının 1/4 final mərhələsi baş tutub. Oyun əlavə vaxtda İspaniya millisinin 2:1 (əsas vaxt 1:1) hesablı qələbəsi ilə başa çatıb. Kroos Almaniyanın start heyətində meydana çıxıb. O, bütün oyunu meydanda olub və bir sarı vərəqə ilə cəzalanıb. Bu qarşılaşma Kroosun karyerasında sonuncu oyun idi. Çempionat başlamazdan əvvəl o, bunun onun son turniri olduğunu açıqlamışdı.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi karyerası ərzində ümumilikdə 919 oyuna çıxıb, 113 qol vurub və 6 Çempionlar Liqasında qələbə də daxil olmaqla 35 kubok qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest