UEFA investorlar tərəfindən əhəmiyyətli dəyişikliklər edildikdən sonra “Mançester Yunayted” və “Nitsa”nın Avropa Liqasında iştirakına icazə verib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın rəsmi saytı paylaşıb.
Bundan əlavə, UEFA “Jirona”da edilən dəyişikliklərdən sonra “Jirona” və “Mançester Siti”nin də Çempionlar Liqasında iştirakını təsdiqləyib.
Bununla belə, vurğulanır ki, “Mançester Yunayted” – “Nitsa” və “Mançester Siti” – “Jirona” 2024-cü ilin iyulundan 2025-ci ilin sentyabrına qədər əvvəllər razılaşdırılmış sövdələşmələr istisna olmaqla, bir-birinə oyunçu sata və ya icarəyə verə bilməyəcək.
Qeyd edək ki, UEFA qaydaları sahibi eyni olan klubların eyni avrokubok turnirində oynamasını qadağan edir. Lakin UEFA-nın tələblərinə görə, yuxarıda qeyd olunan klublar kimi reqlamentə əməl etmək üçün təşkilati strukturlarında lazımi dəyişikliklər edə biliblər.