05 İyul 2024, 17:19
FUTBOL
Bojoviç "İstiqlal" (Xuzistan) klubu ilə müqavilə imzalayıb.
"Neftçi"nin ötən mövsüm bitən kimi baş məşqçi postundan uzaqlaşdırdığı Miodraq Bojoviç özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, monteneqrolu çalışdırıcı fəaliyyətini İranda davam etdirəcək.
Belə ki, Bojoviç "İstiqlal" (Xuzistan) klubu ilə müqavilə imzalayıb. 56 yaşlı məşqçi ilə bağlanan sözləşmənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Bojoviçin rəhbərliyi altında "Neftçi" keçən mövsümü 5-ci pillədə bitirmiş və avrokuboklara vəsiqə qazana bilməmişdi.