05 İyul 2024, 17:11
FUTBOL
“Atletiko”nun hücumçusu Alvaro Morata “Milan”ın maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka di Marzio paylaşım edib.
“Rossonyerlər” veteran hücumçu Olivye Jirunun ayrılığından sonra yeni mövsüm üçün qolçu axtarışındadı. Rəhbərlik gözünü ispaniyalıya dikib. Moratanın “Atletiko” ilə müqaviləsindəki təzminat bəndi 13 milyon avrodu. İtalyanlar bu məbləği ödəməyə hazırdı. Ancaq İspaniya millisinin üzvünün Milana köçmək istəyib-istəməyədiyi bəlli deyil.
Qeyd edək ki, 31 yaşlı Morata 2020-ci ildən “Atletiko”da çıxış edir.