“Sankt Polten” çox ciddi və təcrübəli rəqibdir”. Matc.az xəbər verir ki, bunu "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Klubun rəsmi televiziyasına açıqlama verən çalışdırıcı UEFA Çempionlar Liqasındakı püşkatma barədə danışıb. O, Avstriya təmsilçisinin güclü rəqib olduğunu deməklə yanalı, onların Çempionlar Liqasının qrup mərhələsinədək irəlilədiyini yada salıb: "Ümid edirəm ki, həmin matçlara qədər tam hazır olacağıq. “Sankt Polten”i analiz edəcəyik. Futbolda hər şey ola bilər. Növbəti həftədən məşqlər bərpa olunacaq. Komandadan gedənlər də var. Amma yeni transferlər də gerçəkləşdirəcəyik. Ölkə daxilindən və xaricindən oyunçularla danışıqlar gedir”.
“Neftçi”nin yer aldığı II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) klubları da qərarlaşıblar. Cütlərin qalibləri və məğlubları bir-biri ilə oynayacaqlar.