“Barselona”nın yarımmüdafiəçisi Pedri İspaniya millisindəki komanda yoldaşı Niko Uilyamsın Kataloniya klubuna keçmə ehtimalı ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, gənc futbolçu bunu hər iki tərəfə xeyir verəcəyini düşünür.

Pedri 21 yaşlı hücumçu ilə klubda da birlikdə çıxış etmək arzusunda olduğunu gizlətməyib: “Bunun gözəl transfer olacağı aydındı. Biz onu Avropa çempionatında görürük. Ümid edirəm ki, Niko “Barselona”ya keçəcək. Lakin bu, indi məlum deyil. Çünki “Atletik”lə müqaviləsi var”.

Qeyd edək ki, Niko Uilyamsın “Atletik”lə müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest