02 İyul 2024, 13:18
FUTBOL
Xudiyev “Tikveş” (Şimali Makedoniya) - “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinatını alıb. Matc.az xəbər verir ki, bu, Xudiyevin 2024/25 mövsümündə ilk təyinatı olub.
O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Tikveş” (Şimali Makedoniya) - “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq. Qarşıkaşma iyulun 11-də keçiriləcək.
Qeyd edək ki, Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda baş tutacaq matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.