“Sumqayıt” bu gün dəniz kənarında keçirdiyi məşqlə yeni mövsümün hazırlıqlarının ilk mərhələsini başa vurub.

Matc.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bir günlük istirahətin ardından iyulun 3-ü axşam saatlarında təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yollanacaq.

Qeyd edək ki, “Sumqayıt” Avropa Konfrans Liqasında mübarizə aparacaq. “Kimyaçılar” Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest