Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Belçikaya yollanıb. Matc.az xəbər verir ki, məqsəd Qızıl Avropa Liqasında II turun oyunlarında iştirak etməkdi.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib. Yığma komandamız mayın 24-26-da Belçika və Şimali Makedoniya ilə qarşılaşacaq.

Qeyd edək ki, I tur Bakıda təşkil olunmuşdu. Rumıniya və Ukrayna ilə üz-üzə gələn millimiz hər iki oyunda 0:3 hesabı ilə uduzmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest