“Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı“.

“Bərabər səviyyəli oyun getdi. Çoxlu hücum təşkil etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik”.

Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Baxşıyev Azərbaycan Premyer Liqasının XXXI turunda “Səbail”ə 0:2 hesablı məğlubiyyəti şərh edib: “Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Sezonun sonuna kimi bir az motivasiyanı yüksəldib, sona qədər oynamaq vacibdir”.

“Araz-Naxçıvan”ın baş məşqçisi komandada bəzi mövqelərdə rəqabət olmadığını bildirib: “Yaxşı oyunçular var. Ad çəkməyəcəyik. Hər bir komandaya əlavələr vacibdir. Daha da inkişaf etmək istəyiriksə... Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest