"Səbail" Topaz Premyer Liqasının XXIV turunda "Neftçi"ni qəbul edəcək. Matc.az saytı xəbər verir ki, qəsəbə təmsilçisinin qapıçısı Aleksandr Rıbka oyunla bağlı təəssüratlarını bölüşüb.
Ukraynalı qolkiper klubun feysbuk səhifəsinə açıqlamasında hədəflərinin 3 xal qazanmaq olduğunu söyləyib: "Rəqibi düşünmürəm. Diqqətimi qarşıdakı oyuna yönəltmişəm və komandaya üç xal qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Hazırda ancaq bunu düşünürəm".
Qeyd edək ki, "Səbail" - "Neftçi" oyunu aprelin 14-də "Bayıl Arena"da keçiriləcək.