"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq hücumçu Ceydon Sançonun nə vaxtsa əsas komandaya qayıdışı ilə bağlı sualı cavablandırıb .

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Ceydon geri qayıtmaq istəsə nə etməli olduğunu bilir. Hər şey yalnız ondan asılıdır. Söhbət mədəniyyətdən gedir və hər bir oyunçu müəyyən standartlara uyğun yaşamalıdır. Məhz buna görədir”.

Xatırladaq ki, ingilis oyunçu sentyabrda ten Haqı yalan danışmaqda ittiham etdiyi üçün əsas komanda ilə məşqdən kənarlaşdırılıb. Sançonun "Mançester Yunayted"in əsas komandasının yeməkxanasından belə istifadə edə bilməyəcəyi bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest