“Napoli"nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya uşaqlıqda "Real"a azarkeşlik etdiyini etiraf edib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Real” uşaq vaxtından sevimli komandamdı. Hazırda bütün diqqətimi “Napoli”yə yönəltmişəm. Komandaya kömək etmək üçün əlimdən gələni edirəm. Bir çox klubları bəyənirəm. Amma hələ gələcək haqqında düşünmürəm. “Napoli”də özümü xoşbəxt hiss edirəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest