“Xəzər Lənkəran”ın sabiq futbolçusu Oktay Dərəlioğlu döyülüb. Matc.az “Fotomaç”a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.
 
Belə ki, millinin sabiq hücumçusu həyat yoldaşı Başak Dərəlioğlu ilə birlikdə olarkən tıxaca düşüb. Həmin vaxt sürücülər arasında mübahisə düşüb və bir qrup şəxs 47 yaşlı mütəxəssisi döyüb. Nəticədə çiyni çıxan Oktay Dərəlioğlu bir neçə xəsarət də alıb.
 
Qeyd edək ki, Oktay Dərəlioğlu 2004-05 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest