"Bavariya" Brayan Saraqosanı transfer edib. Matc.az xəbər verir ki, bunu Almaniya klubu rəsmi saytı vasitəsilə açıqlayıb.
 
Anlaşmaya əsasən, “Qranada”nın 22 yaşlı cinah oyunçusu 2024-25 mövsümündə Münhen təmsilçisinə qoşulacaq. Onun yeni komandası ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. “Bavariya” bu transfer üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, Brayan Saraqosa bu mövsüm La Liqada keçirdiyi 14 oyunda 5 qol vurub, 2 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest