Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatı (2022) zamanı Hollandiya yığmasının baş məşqçisi Lui van Qalla münaqişəsindən danışıb.

Matc.az xəbər verir ki, duel başlamazdan əvvəl Van Qal jurnalistlərə açıqlamasında Messini dünya çempionatının 1/4 finalında necə dayandıracağını bildiyini, lakin görüşün özü argentinalıların qələbəsi (3:2, pen) ilə başa çatdığını və Messinin bir qol vurduğunu bildirib. Oyundan sonra argentinalı hollandiyalıya əllərini qulağına apararaq jest edib. Onların arasında münaqişə yaranıb. Leo davranışını verdiyi müsahibədə açıqlayıb: “Mən əsəbi deyildim. Vəziyyət Levandovski ilə baş verənlərə bənzəyirdi. İnsanların meydandan kənarda danışıb, rəqibinə hörmət etməməsi məni narahat edir. Mən heç vaxt belə olmamışam. Hər şey meydanda qalır. Heç vaxt oyundan əvvəl rəqibi təxribat etməmişəm. Hörmətsizlik etməmişəm. Üstəlik, mənə bunu edəndə xoşum gəlmir. Van Qal bunu bilərəkdən edib. Bu şeyləri bəyənmirəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest