"Bavariya"nın sağ müdafiəçisi Buna Sarr məşqdə ciddi zədə alıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seneqallı futbolçu sol dizinin ön çarpaz bağını qoparıb. 31 yaşlı Sarr cümə günü əməliyyat olunub və aylarla yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, Sarr 2020-ci ildə Münhen klubuna keçib və bu müddət ərzində 33 matçda (1 qol) iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest