“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, ərəb ölkəsinin bir komandası onunla maraqlanır.
Adı açıqlanmayan klub hazırda 31 yaşlı italiyalı ilə danışıq aparır.
 
Jorjinyonun londonlularla müqaviləsi mövsümün sonuna qədərdi. Lakin Premyer Liqa təmsilçisinin sözləşməni daha bir il uzatmaq imkanı var. Oyunçu özü də bir müddət əvvəl klubdan ayrılmağa tələsmədiyini bildirmişdi.
 
Qeyd edək ki, Jorjinyo bu mövsüm “Arsenal”ın heyətində 15 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest