"Hər gün futbolçularla söhbət edirik. Oyunçuların eyforiyaya qapılmayıb, çünki onlara nəyi nə zaman etmək lazım olduğunu başa salırıq"

"Sona qədər mübarizə aparıb istədiyimiz 3 xalı qazana bildik".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Zirə"ni 1:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"nın baş məşqçisi Azər Bağırov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:

"Gərgin oyun oldu. Məğlub da ola bilərdik. Sona qədər mübarizə aparıb istədiyimiz 3 xalı qazana bildik. Hər gün futbolçularla söhbət edirik. Oyunçuların eyforiyaya qapılmayıb, çünki onlara nəyi nə zaman etmək lazım olduğunu başa salırıq. Biz nəyisə bəhanə etməyi sevmirik. Bu, geridə qalıb. İtirdiyimiz vaxtı kompensasiya etməyə çalışmışıq. Bu gün qələbə qazandıq, amma görəcəyimiz işlər çoxdur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest