"Lill"in müdafiəçisi və Fransa millisi ilə 2018-ci il dünya çempionu olan Samuel Umtiti Liqa 1 çempionatının 6-cı turunun "Reyms"lə oyunundan (1:2) sonra beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib. Matc.az xəbər verir ki, 34-cü dəqiqədə "Barselona"nın sabiq futbolçusu rəqib oyunçu ilə toqquşub.
 
Buna baxmayaraq, Umtiti ilk hissədə oynayıb. Lakin paltardəyişmə otağında halı pisləşib. "Lill"in baş məşqçisi Paulo Fonseca yerli mətbuata açıqlama verib: "O,  xəstəxanadadır. Beyin silkələnməsi keçirib. Tibbi müayinənin nəticəsini gözləyirik. Yəqin ki, növbəti matçda oynaya bilməyəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest