"Bavariya" Almaniya Bundesliqasının VI turunda "Bohum"la qarşılaşıb. Matc.az xəbər verir ki, görüş Münhen təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Klubub mətbuat xidmətinə danışan "Bavariya"nın hücumçusu Harri Keyn komandasının oyununu şərh edib:
 
"Oyuna doğru yanaşdıq. Görüş çətin keçə bilərdi. Rəqib futbolçular topla oyuna çətinlik yaradırdılar. Əla çıxış etdik. Sürətli oynadıq və cinahlarda sürətimizdən istifadə etdik. Bu da "Bohum"a çətinlik yaratdı. Komandama kömək etdiyim üçün şadam. "Bavariya"da özümü rahat hiss edirəm". 
 
Qeyd edək ki, 30 yaşlı ingiltərəli forvard "Bavariya"ya bu yay "Tottenhem"dən keçib. O, sözügedən qarşılaşmada 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest