"Sumqayıt"ı tərk etməyə hazırlaşan daha bir futbolçu müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, müdafiəçi Elvin Bədəlov "gənclik şəhəri" təmsilçisi ilə vidalaşa bilər.
 
Millimizin üzvünün yeni komandası da böyük ölçüdə məlumdu. 28 yaşlı oyunçu karyerasını Premyer Liqanın digər iştirakçısı "Zirə"də davam etdirməyə yaxındı. Tərəflər arasında danışıqlar müsbət yekunlaşmaq üzrədi.
 
Karyerasını başa vuran Vurğun Hüseynovdan sonra Bədəlovun da ayrılması ilə "Sumqayıt"da mərkəz müdafiəçisi problemi yaşanacacaq. Komanda həmçinin daha bir neçə futbolçusu ilə vidalaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest