UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, Sloveniya təmsilçisi Andrey Kotniklə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sloveniyalı hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye"yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest