"Arsenal"ın sabiq futbolçusu Aron Remzi karyerasını Meksikada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Kardiff Siti"dən ayrılan uelsli yarımmüdafiəçi "Unam Pumas"la anlaşıb. 34 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Aron Remzi karyerası ərzində "Nottingem Forest", "Yuventus", "Reyners" və "Nitsa"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest