Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu yayda "İnter"i tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat verib.

Bildirilir ki, "Qalatasaray" 30 yaşlı yarımmüdafiəçiyə illik 10 milyon avro maaşla 3 mövsümlük müqavilə təklif edib. Çalhanoğlu artıq İstanbul klubuna keçməyə razılıq verib.

"Qalatasaray" hazırda "İnter"ə ilk təklifini hazırlayır. Milan klubu futbolçusu üçün ən azı 35 milyon avro almaq istəyir.

Qeyd edək ki, daha əvvəl "İnter"in kapitanı Lautaro Martinez sərt çıxış edərək, kuboklar uğrunda mübarizə aparmaq istəməyən futbolçuların "İnter"i tərk etməli olduğunu demişdi. Daha sonra klubun prezidenti Cuzeppe Marotta argentinalının bu sözlərinin ilk növbədə Çalhanoğluna ünvanlandığını təsdiqləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest