01 İyul 2025, 17:21
FUTBOL
"Qalatasaray"ın futbolçusu Kerem Demirbay Super Liqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.
"Eyüpspor" Almaniya millisinin sabiq üzvünün keçidini həll edib. 31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kerem Demirbay ötən mövsum "Qalatasaray"ın heyətində 34 oyunda 3 qol ötürməsi edib.