"Qarşılaşmanın əhəmiyyətini yaxşı dərk edirik. Şanslar bərabərdi, finalda favorit olmur. Komandam məqsədə çatmaq üçün hər şeyi edəcək". Matc.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun finalında "Neftçi" ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Onun fikrincə, həlledici görüşün "Neftçi"nin meydanında keçirilməsinin hansısa fərqi yoxdur: "çünki bu stadion bizə yad yer deyil. Əsl futbol atmosferi üçün çox yaxşı arenadır. çempionatda istədiyimiz yeri tutduq. Kuboku da qazanmağa iddialıyıq. Sabah fərqli "Qəbələ" görəcəyimizə inanıram. Bizim üçün düşərli stadiondur. Sabah buradan yenə qalib ayrılmaq istəyəcəyik".

Baxşıyev "Neftçi"nin büdcəsinin daha çox olmasının matçda önəm daşımayacağını vurğulayıb: "çempionatda da bizə inanan az idi. Az büdcə ilə məqsədimizə çatdıq. Heç bir büdcə önəm daşımır. Hansı komanda xarakter göstərəcəksə, məqsədinə çatacaq".
 
Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçının start fiti saat 20:00-da veriləcək.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest