"Qarabağ" klubu bu gün yeni tərəfdaşlıq müqaviləsi imzalayıb. Matc.az xəbər verir ki, "Sirab" şirkəti ilə "Qarabağ" arazında əməkdaşlıq anlaşmasına qol çəkilib.
 
Ağdam klubunu imzalanma mərasimində idman direktoru Emrah çelikel, "Sirab"ı isə şirkətin CEO-su Alper Yaycılı təmsil edib.
 
Yaycılı bildirib ki, hər zaman "Qarabağ"ın yanında olublar və klublar fəxr ediblər.
 
çelikel isə deyib ki, "Sirab"la əməkdaşlıqları əslində 2018-ci ildən başlayıb. Klub rəsmisi bildirib ki, daha əvvəl başqa sulardan da istifadə ediblər, amma nə məşqçilər, nə futbolçular həmin suları "Sirab" qədər bəyənməyiblər.
 
Tərəflər arasındakı müqavilənin müddəti 1 ili əhatə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest