Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. Matc.az saytının məlumatına görə, hər iki oyun paytaxtdan kənarda keçirilib.
Günün ilk qarşılaşmasında "Qəbələ" "Səbail"i qəbul edib. Dördüncü pillədə qərarlaşan meydan sahibləri bir pillə önündəki rəqibi ilə aradakı xal fərqini azaltmaq üçün qələbə qazanmaq məcburiyyətində idi. Əks halda "qırmızı-qaralar"ın ilk "üçlük" şansı təhlükəyə düşəcəkdi. Paytaxt təmsilçisi isə izləyicisindən uzaqlaşmaq üçün səfərdə uduzmamaq niyyətində idi. Lakin Ceyms Adeniyinin dublu "Qəbələ"yə doğma azarkeşləri önündə qələbə qazandırıb. Bununla bölgə təmsilçisi rəqibi ilə xal fərqini 3-ə endirib.
Turun son oyunu isə Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edib. "Qarabağ"ın xal itirməsi "Neftçi"ni vahid liderə çevirə bilərdi. Görüşdə hesabı meydan sahibləri açmasına baxmayaraq, "ağ-qaralar" əzmkar qələbə qazanaraq, turnir cədvəlinin zirvəsində möhkəmlənib.
ümumiyyətlə, bu gün keçirilən hər iki oyunda 3 qol və 1 qırmızı vərəqə qeydə alınıb.
Topaz Premyer Liqası
XX tur
10 mart (bazar)
"Sumqayıt" – "Neftçi" - 1:2
Qollar: Peyman Babayi, 26 - Mamadu Mbodj, 76; ömər Buludov, 87
Qırmızı vərəqə: Mehdi Cənnətov, 77
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
"Kapital Bank Arena"
"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 70. ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
"Neftçi": 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
"Qəbələ" – "Səbail" - 2:1
Qollar: Ceyms Adeniyi, 49, 55 - Elvin Yunuszadə, 84
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 73
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu
"Qəbələ": 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 21. Atakora Lalavele, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 9. Davit Volkov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
"Səbail": 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 11. Ruslan Qurbanov, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 27. Emil Martinov, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
|
Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol