Futbol üzrə İsveçrə çempionatında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Sürix"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
 
"Qrasshopper" 13 turdan sonra 17 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest