Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "çernomorets"lə (Odessa) qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb - 2:1.
Emil bu görüşün iştirakçısı olmayıb. O, yenə sonadək ehtiyatda qalıb.
"Aleksandriya" 5 turdan sonra 10 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.