“Barselona” klubu rəsmi saytında müdafiəçi Hektor Belyerinin tibbi müayinəsinin nəticələrini açıqlayıb. Matc.az xəbər verir ki, tibbi müayinələr zamanı futbolçunun sol ayağının alt əzələsinin zədələnməsi diaqnozu qoyulub. Müdafiəçinin sağalmasının 3-4 həftə çəkəcəyi gözlənilir.
 
Xatırladaq ki, futbolçu Kataloniya komandasının məşqində zədələnib və ayağındakı narahatlıq səbəbindən məşqi başa vura bilməyib.
 
Belyerin 2022-ci ilin yayında bir illik müqavilə imzalayaraq, “Barselona”ya keçib. O, bu mövsüm iki oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest