"Roma"nın yarımmüdafiəçisi Xavyer Pastore karyerasını Rusiyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü "Zenit"in maraq dairəsinə düşüb.
Sankt-Peterburq təmsilçisi bu günlərdə keçidi həll etməyə çalışır. çünki Rusiyada "transfer pəncərəsi" fevralın 28-nə qədər açıqdı. 29 yaşlı oyunçu özü də bu keçidə qarşı deyil.
Qeyd edək ki, Xavyer Pastore "Roma"ya ötən il 24,7 milyon avroya PSJ-dən keçib.