"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Ferentsvaroş" komandasına qarşı keçirəcəyi ilk oyununun vaxtı açıqlanıb.
"Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Ferentsvaroş" komandasına qarşı keçirəcəyi ilk oyununun vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, bu komandalar arasındakı ilk matç avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. İlk qarşılaşmanın saat 20:00-da başlayacağı diqqətə çatdırılıb.
Budapeştdəki cavab görüşü isə avqustun 9-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.