Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verəcək “Araz-Naxçıvan” B yolunda yarışacaq.

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verəcək “Araz-Naxçıvan” B yolunda yarışacaq.
 
5-ci qrupda yer alan ölkə çempionu “Mostar”, ilkin mərhələdə D və F qrupunun qalibi ilə üz-üzə gələcək. Bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.
 
İlkin mərhələnin D qrupunda “Minerva” (İsveçrə), “Loznika Qrad” (Serbiya), “Vesteralen Futzal” (Norveç), “Folqare” (San Marino), F qrupunda isə “Georgians” (Gürcüstan), “Ştutqart” (Almaniya), “Orebro” (İsveç), “İstanbul Şişli” (Türkiyə) komandaları yarışacaq.
 
UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək. UEFA-nın milli komandalar üçün açıqlanan reytin cədvəlində üst sıralarda yer alan Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiyanın hər biri 2, qalan ölkələr bir komanda ilə təmsil olunacaq, ümumilikdə 52 federasiyadan 56 komanda iştirak edəcək. Xorvatiya üçün bu şansın yaranmasına səbəb reytinq cədvəlinin 2-ci pilləsində yer alan Rusiya millisinin və klublarının UEFA bayrağı altında 2022/23-cü il mövsümündə təşkil olunacaq yarışlardan kənarlaşdırılması oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest