Topaz Premyer Liqasının XVI turunun "Neftçi" – "Keşlə" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, fevralın 10-da keçiriləcək qarşılaşmanın biletləri iki fərqli qiymətə satılır.
"Bakcell Arena"dakı görüşü VİP yerlərdən izləmək istəyənlər 5 AZN ödməlidi. Digər bütün sektorlara isə qiymət 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür
Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq.(neftchipfk.com)