"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınan oyunda "Liverpul"a "Enfild Roud"da 0:4 hesabı ilə uduzub. Matc.az xəbər verir ki, Ralf Ranqnikin yetirmələri bu məğlubiyyətlə antirekorda imza atıb.
 
MY ilk dövrədəki ev oyununda daha ağır məğlubiyyət almışdı – 0:5. Bununla da, "qırmızı şeytanlar" çempionatın iki oyununun cəmində 0:9 hesabı ilə uduzub ki, bu, komandanın Premyer Liqadakı mütləq antirekordudur. İngiltərə çempionatları tarixində son 129 ildə belə məğlubiyyət olmayıb.
 
Daha ağır məğlubiyyət 1892/93 mövsümündə olub ki, həmin vaxt "Sanderlend" iki oyunun cəmində 0:11 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest