"çelsi"nin baş məşqçisi Tomas Tuxel klubdakı hazırkı durumdan danışıb. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis mövsümün sonunadək "çelsi"də qalacağını bildirib:
 
"Mövsümün sonuna qədər "çelsi"də qalacağıma şübhəm yoxdur. Bu vəziyyətdə hər şeyi düşünməliyik. Hər şey kifayət qədər aydındır: klub satışa çıxarılıb. Satış baş tutandan sonra hər şey yoluna girəcək. Sakit olmalıyıq".
 
Böyük Britaniya hökuməti martın 10-da "çelsi"nin rusiyalı sahibi Roman Abramoviçə və kluba qarşı sanksiyalar tətbiq edib. "çelsi" futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb, amma oyunlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilələri yeniləmək qadağan edilib. "çelsi"nin bank hesabı da bloklanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest