"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Arsenal"dan ayrılan Pyer-Emerik Obameyanqı transfer edib.
Qabonlu hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
33 yaşlı hücumçunun sərbəstqalma məbləği 100 milyon avro müəyyən edilib.